Категории раздела
Мои статьи [9]

Мини-чат

Статистика

Onlinedekiler: 1
Qonaqlar: 1
İstifadəçiler: 0

Форма входа

Новости
Главная » Статьи » Мои статьи

08.07.2010 01:20 – Hollandiyanın finaldakı rəqibi İspaniya oldu

Bu gün Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə 19-cu dünya çempionatında yarımfinal mərhələsinə yekun vurulub. man-club.ucoz.ru-nun məlumatına görə, Uruqvay üzərindəki qələbə (3:2) sayəsində adını ilk olaraq finala yazdıran Hollandiyanın həlledici oyundakı rəqibinin kimliyinə Almaniya və İspaniya millilərinin duelində aydınlıq gəlib.
Mundiala Avropa çempionu kimi gələn İspaniya nəhayət bu DÇ-də çempionluq həsrətinə son qoymağı arzulayırdı. Amma onları bu yolda DÇ-nin digər favoriti Almaniya ilə çətin sınaq gözləyirdi. Hansı ki, üçqat dünya çempionları bu mərhələyədək İngiltərəni 4:1, Argentinanı 4:0 hesabıyla məğlub etməklə, finala çıxmaq yolunda ispanlardan daha şanslı görünürdülər. Lakin onlardan fərqli pley-off oyunlarında minimal hesablı qələbələrlə kifayətlənən Del Boskenin komandası bu dəfə də cəmi bir qol sayəsində almanları məğlub etməyi bacarıb. Nəticədə almanların finala çıxmaqla yanaşı, 2008-ci ildəki qitə çempionatında yenildikləri ispanlardan qisas almaq istəyi də baş tutmayıb. İndiyədək dünya çempionu olmayan İspaniya millisi isə tarixində ilk dəfə mundialın finalına vəsiqə qazanıb. Beləliklə, iyulun 11-də keçiriləcək final matçında İspaniya ilə Hollandiya yeni dünya çempionunun kimliyinə aydınlıq gətirəcək. Almaniya isə iyulun 10-da yarımfinalın digər məğlub komandası Uruqvayla 3-cü yer uğrunda oyun keçirəcək.
Категория: Мои статьи | Добавил: Devil (08.07.2010)
Просмотров: 236 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Поиск

Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz